06 May 2024
Medal ala bilməyən müharibə iştirakçıları ETİRAZ ETDİ - MN-dən REAKSİYA

Medal ala bilməyən müharibə iştirakçıları ETİRAZ ETDİ - MN-dən REAKSİYA

29 İyun 2021
Baxış: 633

Vətən Müharibəsində iştirak edən bir qrup şəxs bu gün Müdafiə Nazirliyinin qarşısına toplaşaraq işğaldan azad edilən bir neçə rayonda döyüşdüklərini, lakin heç bir medalla təltif edilmədiklərini bildiriblər.

Müdafiə Nazirliyindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş nazirlikdə qəbul edilib.

Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib. Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.