19 Aprel 2024
Manaf Ağayevdən yayılan görüntülərlə bağlı AÇIQLAMA: "Ay bədbəxtlər, sizi yandıran nədir?"

Manaf Ağayevdən yayılan görüntülərlə bağlı AÇIQLAMA: "Ay bədbəxtlər, sizi yandıran nədir?"

26 May 2023
Baxış: 429

Müğənni Manaf Ağayev bir neçə gün əvvəl Şamaxıda iştirak etdiyi toyda gözlənilməz hadisə ilə üzləşib.

AJMEDİA.İNFO bizim media-ya istinadla xəbər verir ki, müğənniyə böyük sevgi və hörmətə görə məclisə axın edən qonaqlar sənətçinin çıxışı zamanı bir-bir Manafa yaxınlaşaraq kostyumunun sinə cibinə pul qoyublar.

Həmin anlar toyda içtirak edən qonaqlar tərəfindən lentə alınaraq, sosial şəbəkələrdə yayılıb. İzləyicilər M.Ağayevi bu hadisəyə görə qınayaraq, tənqid ediblər.

Manaf Ağayev bu gün qonaq olduğu "Xəzər axşamı" verilişində məsələyə aydınlıq gətirib:

"Şamaxıdan zəng gəldi. Dedi ki, "oğlumun adı Manaf soyadı isə Ağayevdir. Əhdim var idi ki, övladımın toyunda siz çıxış edəsiniz". Mən də bunu bilib, məclisdə çıxış etmək üçün onlara endirim edib, az məbləğdə qonorar istədim, çünki ev yiyəsi kasıbdır. Toya getdim, oxumağa başlayanda, gördüm ki, məclisdəki publika bir başa mənlikdir. Hətta mahnıları mikrofonsuz oxudum. Bu toyu sözün əsl mənasında "sökdüm". Qonaqların alqışı mənə ləzzət etdi və ruh verdi. Zalda olan 500 qonağın hamısı məni öz telefonlarına çəkirdi. Mən hələ belə şey görməmişdim. Həmin kadrlar sosial şəbəkələrdə yayıldı.

Bundan sonra haqqımda xoşaqəlməz sözlər yazdılar. Guya mən kiminsə cibinə girmişəm. Ay şərəfsiz, o, kasıbdır. Verdiyi isə 20 manatdır və o pula ehtiyacım yoxdur. Amma onun ürəyi o qədər istəyir ki, gətirir cibimə qoyur o pulu. Ay bədbəxt, mən "paçka"larla pullar görmüşəm. Başıma o qədər pul yağdıran olub ki,... 40 ildir ki, bu meydanda, sənətdəyəm. Yazmaqdan, deməkdən ki, halal olsun o boyda toyu mikrofonsuz idarə etmisən. Özünüz də gördünüz ki, mən heç baxmırdım ki, kim və nə qədər mənim cibimə pul qoyur. Çünki həmin an oxuyurdum. O da böyük pullar deyil ki,... Rayon yeridir də, kasıb insanlardır. Ay bədbəxtlər, axı sizi yandıran nədir? Həmin adamlar isə tanıdığım sənət adamları və sosial şəbəkə izləyiciləridir".