06 May 2024
Manaf Ağayev oğlunun həbsindən DANIŞDI: "Sükan arxasında..."

Manaf Ağayev oğlunun həbsindən DANIŞDI: "Sükan arxasında..."

14 Mart 2023
Baxış: 369

Müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.


AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.


M.Ağayev baş verən hadisəni belə şərh verib:


"Oğlumla bağlı yazılanlar doğru xəbərlərdir. O, həqiqətən də sükan arxasında içkili vəziyyətdə olub. Qanunları pozduğuna görə də həbs olunub. Qanun qarşısında hamı bərabərdir. Başqa heç bir şey demək istəmirəm".


Qeyd edək ki, Manaf Ağayevin oğlu Müşviq barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.