13 May 2024
“Magen David Group” - un nümayəndələri, Ümumilli Lider Heydər Əliyevin Tbilisi şəhərində ucaldılan büstünü ziyarət ediblər - FOTO
“Magen David Group” - un nümayəndələri, Ümumilli Lider Heydər Əliyevin Tbilisi şəhərində ucaldılan büstünü ziyarət ediblər - FOTO

“Magen David Group” - un nümayəndələri, Ümumilli Lider Heydər Əliyevin Tbilisi şəhərində ucaldılan büstünü ziyarət ediblər - FOTO

18 Dekabr 2023
Baxış: 566

“Magen David Group” - un nümayəndələri, “Magen David International Center” for Women direktoru Aygün Əhmədova, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin idarə heyətinin sədri Aygün Ağamalı, idarə heyətinin üzvləri- icraçı direktor Sevinc Həsənova və hüquq departamentinin rəhbəri Nəzakət Mahmudova 13-16 dekabr 2023- cü il tarixlərində Gürcüstanın Tbilisi şəhərinə səfər ediblər.

Magen David Group-un sözgüsü Vitalik İsakov AJMEDİA.İNFO-ya məlumat verərəkən bildirib ki, səfər çərçivəsində “Magen David Group” - un nümayəndələri, Ümumilli Lider Heydər Əliyevin Tbilisi şəhərində ucaldılan büstünü ziyarət ediblər.

Daha sonra nümayəndələr Tbilisi şəhərində yerləşən yəhudi sinaqoqunu ziyərət etmiş və Ümumgürcüstan Yəhudi İcmasının Rəhbəri cənab Merab Çançalaşvili ilə də görüşüblər.

Görüşdə zamanı, sinaqoqu ziyarət edərək icmanın fəaliyyəti, sinaqoqun tarixi, inzibati binası, ibadət zalları, eləcə də digər otaqları ilə tanışlıq olub.

Həmçinin, ümummilli lider Heydər Əliyevin yəhudi dini icmalarına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkədə mövcud tolerantlıq və multikultural ənənələrin yaşadılmasında yəhudi icmalarının xidmətlərdən bəhs edib, tarix boyu Azərbaycanda bütün xalqların qarşılıqlı anlaşma şəraitində yaşadığını, antisemitizmin olmadığını vurğulanıb.
Gürcüstan hökumətinin də multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində zəruri siyasi və sosial şərait yaratmaq və inkişaf etdirmək üçün daim səy göstərdiyi də qeyd edilmişdir.

Hazırda Böyük Tbilisi sinaqoqu (1904-1913) - şəhərin yəhudi icmasının əsas mərkəzidir. Sinaqoq ətrafında yəhudi mağazaları, təşkilat və evləri yerləşir və illər ərzində burada kiçik yəhudi məhəlləsi formalaşmışdır.

​​​​​​