24 İyun 2024
"Lalə Azərtaş efirdə məndən üzr istəsin" - Əməkdar artist Cavanşir Məmmədov

"Lalə Azərtaş efirdə məndən üzr istəsin" - Əməkdar artist Cavanşir Məmmədov

14 Sentyabr 2023
Baxış: 613

Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı Kemal Mustafa İblinin apellyasiya şikayəti təmin edilməyib.

AJMEDİA.İNFO "Axşam.az"a istinadla xəbər verir ki, C.Məmmədov məsələ ilə bağlı bunları söyləyib:


"Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərə Dair İstintaq şöbəsində mən və digər maddi zərərçəkmişlərin şikayəti ilə Türkiyə vətəndaşı Kemal Mustafa İblinin başlanan cinayyət işi 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yekunlaşıb. Məhkəmə prosesi şahidlərin, maddi zərərçəkənlərin, vəkillərin iştirakı ilə yekunlaşıb. Mustafa Kamalın etdiyi cinayyət tam sübuta yetirilib, o, 6 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsində də işə baxıldı, qərar qüvvədə saxlanıldı. Bununla da məhkəmə prossesi yekunlaşdı".

C.Məmmədov aparıcı Lalə Azərtaşa səslənərək, ondan üzr istəməsini tələb edib:

"Qarşı tərəfin mənə və digər zərərçəkənlərə ödəyəcəyi puldan əvvəl tələbim var: çıxıb məndən, ailəmdən üzr istəsin. Eyni zamanda aparıcı Lalə Azərtaş da üzr istəyəcək. Çünki məlumatı o, "Təsir dairəsi" verilişində yaydı. Məhkəməyə müraciət etməmişəm, humanist yanaşıram. Xahiş edirəm ki, efirdə etiraf etsinlər. Orada mənim ailəmin şərəf və ləyaqəti təhqir edilib. Bunu etiraf edəndən sonra pulu verə bilsə, qəbul edəcəyəm. Üzr istəməsə, mənə pul lazım deyil. Namus-qeyrətimi pula satan deyiləm. Lalə Azərtaş efirdə demişdi ki, Mustafanın dələduzluğu sübut edilsin, onu efirdə elə təqdim edəcəyəm. Söz verilibsə, buna əməl edilməlidir".

Qeyd edək ki, C.Məmmədovun qızı Xatirə ilə qeyri-rəsmi nikahda olduğunu iddia edən Mustafa İbli "Təsir dairəsi" verilişinə qatılaraq, aparıcı Lalə Azərtaşdan yardım istəyib. Həmin vaxt L.Azərtaşla C.Məmmədov arasında mübahisə yaşanmışdı.

Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbli tərəfindən aldadıldığını bildirib. Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. Qərardan narazı qalan Mustafa apellyasiya məhkəməsinə şikayət etmişdi.