18 May 2024
Kuryoz HADİSƏ: Toyda xoruza spirtli içki İÇİRDİLƏR

Kuryoz HADİSƏ: Toyda xoruza spirtli içki İÇİRDİLƏR

14 Sentyabr 2023
Baxış: 456

Türkiyənin Dənizli şəhərində keçirilən toyda xoruza spirtli içki içdirib, ona işgəncə verən 5 nəfərə 27 min lirə ( 1 703 AZN) cərimə kəsilib.

AJMEDİA.İNFO xəbər verir ki, adları açıqlanmayan şəxslər həmin anları sosial şəbəkədə paylaşıblar.

İl Jandarma Komandanlığı qrupları toy zamanı xoruza spirtli içki içdirildiyi və heyvanlara işgəncə edildiyi bildirildikdən sonra toyun kamera qeydlərini araşdırıb. Araşdırma zamanı xoruza işgəncə verən 5 nəfər müəyyən edilib.Şübhəli şəxslər barəsində məhkəmə prosesinin davam etdirildiyi açıqlanıb.