02 May 2024
Kürdəmirdə nə baş verib

Kürdəmirdə nə baş verib

18 Noyabr 2021
Baxış: 751

Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

AJMEDİA.İNFO xəbər verir ki, RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Qardaşlar" marketdə işçilərin tibbi maskadan istifadə etmədən müştərilərə xidmət etməsi müəyyən olunub.

Müəyyən edilən qayda pozuntusu ilə bağlı market sahibi Mirzəyev Mirasif İlqar oğlu və işçiləri ilə profilaktiki söhbətlər aparılıb.

DOkaha sonra market sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, 200 manat məbləğində cərimə olunub.

Hazırda Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.