15 May 2024
Kosovoda toqquşmalarda xəsarət alanların sayı 75 nəfərə çatıb

Kosovoda toqquşmalarda xəsarət alanların sayı 75 nəfərə çatıb

30 May 2023
Baxış: 378

Kosovonun şimalında serblərlə toqquşmalarda xəsarət alanların sayı 75 nəfərə çatıb.

Şimali Mitrovitsa Xəstəxanasının baş həkimi Zlatan Elek qarşıdurmalarda 50 nəfərin yaralandığını bildirib. O, qeyd edib ki, yaralılardan 3-ü xəstəxanada müalicə olunur, onlardan 1-nin vəziyyəti ağırdır.

Daha əvvəl NATO-nun beynəlxalq missiyasının komandiri Ancelo Mişel Ristuçça macar və italyan əsgərlərin hücumların hədəfinə çevrildiyini və 25-ə yaxın əsgərin xəsarət aldığını bildirib.

İtaliyanın xarici işlər naziri Antonio Tajani qarşıdurmalarda missiyada vəzifəsini yerinə yetirən 11 italyan əsgərinin yaralandığını açıqlayıb və onlardan 3-nün vəziyyətinin ağır olduğunu, lakin həyati təhlükənin olmadığını bildirib.

Qeyd edək ki, mayın 26-da Kosovonun şimalındakı bələdiyyələrdə serblərlə polis arasında gərginlik yaranıb.

Teqlər: