02 May 2024
Komitə Hacı Şahinin tərəfdarları qarşısında geri çəkilir – Onların istədiyi şəxs imam olacaq

Komitə Hacı Şahinin tərəfdarları qarşısında geri çəkilir – Onların istədiyi şəxs imam olacaq

10 May 2023
Baxış: 341

Hesab edirik ki, Məşədi Dadaş məscidində, ola bilsin, bir neçə imam təyin olunsun.

AJMEDİA.İNFO xəbər verir ki, bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Məşədi Dadaş məscidinə imam təyinatı həyata keçirilərkən qanunun tələblərinə əməl edilib.

“Orada Məşədi Dadaş icmasının üzvləri ilə görüş keçirmişik, eyni zamanda, rəhmətlik Hacı Şahinə köməklik edənləri də dəvət etmişik, görüşüb söhbətlər aparmışıq. Məşədi Dadaş məscidinə təyin olunan imam da ali təhsilli, tanınmış, eyni zamanda, yeni cameədə nüfuzu olan şəxslərdəndir. 10 ilə qədər Bakı İslam Universitetində müəllim işləmiş, həmçinin bir neçə məsciddə imamlığı yerinə yetirmiş tanınmış din xadimimizdir. Bu seçim də köçürmə yolu ilə olub. Qanuna görə, dini ayinləri icra edən imam mütləq imtahandan keçməlidir. Əli Şərbətov də həm imtahandan keçib, həm uzun müddətlik imamlıq təcrübəsi var. Əli Şərbətova qədər imamlıq vəzifəsini icra edən şəxs də imtahan verəcək və müsahibədən keçə bilsə, təyin olunacaq. Hesab edirik ki, Məşədi Dadaş məscidində ola bilsin bir neçə imam təyin olunsun. Qadın dini ayin icraçısı da ali təhsilidir və o da bu günlərdə fəaliyyətini davam etdirəcək”, – deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, son imam təyinatına etiraz olaraq mərhum Hacı Şahinin tərəfdarları “Məşədi Dadaş” məscidini tərk etmişdi. Komitə sədrinin bu açıqlaması isə onların imam görmək istədiyi şəxsin təyinatına hazırlıq kimi nəzərdən keçirilə bilər.