13 May 2024
Kiyev İran dronları ilə vurulur – “Lənətə gəlsin...”

Kiyev İran dronları ilə vurulur – “Lənətə gəlsin...”

10 Oktyabr 2022
Baxış: 376

Kiyev İran dronları ilə vurulur.

AJMEDİA.İNFO bildirir ki, bu barədə Kiyevdə olan azərbaycanlı jurnalist Mübariz Aslanov sosial şəbəkə hesabında yazıb. O, hazırkı vəziyyəti belə izah edib:

“Az əvvəl Kiyevdə yaşadığım ərazi də daxil olmaqla paytaxtın bir neçə məntəqəsi havadan zərbələrə məruz qaldı. Müəyyən müddətə rabitə itdi və bərpa olundu. Partlayış səsləri davam edir. Əldə etdiyim məlumata görə, Kiyev lənətə gəlmiş İran dronları ilə vurulur”.

Xatırladaq ki, Rusiya qoşunları bu dəqiqələrdə Ukraynanın paytaxtını ağır raket atəşinə məruz qoyurlar. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.(sfera.az)