02 May 2024
Jurnalist Sevinc Vaqifqızı BU MADDƏLƏRLƏ İTTİHAM OLUNUR

Jurnalist Sevinc Vaqifqızı BU MADDƏLƏRLƏ İTTİHAM OLUNUR

21 Noyabr 2023
Baxış: 613

"Abzas Media” saytının baş redaktoru Sevinc Abbasovaya (Vaqifqızı) cinayət işi açılıb.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara bu gün Xətai rayon məhkəməsində baxılacaq.