07 May 2024
İstanbulda terakt törədən qadının İLK İFADƏSİ - Bu şəxs tərəfindən göndərilibmiş

İstanbulda terakt törədən qadının İLK İFADƏSİ - Bu şəxs tərəfindən göndərilibmiş

17 Noyabr 2022
Baxış: 458

İstanbulun İstiqlal prospektində terakt törədən şəxsin ilk ifadəsi meydana çıxıb.

AJMEDİA.İNFO İHA-ya istinadən xəbər verir ki, onun dindirilmə prosesində 8 nəfərdən ibarət qrup iştirak edir.


Teraktı törədən PKK/PYD-dən Əhlam Əlbəşar adlı qadın terrorçu təşkilatın düşərgələrində təlim keçdiyini, PKK/KCK/PYD/YPG-nin tərkibində yüksək səviyyəli kəşfiyyat bölməsində fəaliyyət göstərən kod adı "Hacı" olan zabit tərəfindən Türkiyəyə əməliyyat üçün göndərildiyini bildirib.

Həmçinin qeyd olunub ki, PKK/YPG-nin üzvü 2 ay Menbic bölgəsində qaldıqdan sonra Suriyanın Afrin və İdlib bölgələrindən keçərək qanunsuz olaraq Türkiyə ərazisinə keçib.

İstanbul Terrorla Mübarizə Şöbəsində terror aktı ilə əlaqəsi olduğu iddia edilən 50 şübhəlinin dindirilməsi davam edir.

Qeyd edək ki, terror zamanı 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb.