25 Aprel 2024
İsrailin sabiq nazirindən Azərbaycanın haqq işinə BÖYÜK DƏSTƏK

İsrailin sabiq nazirindən Azərbaycanın haqq işinə BÖYÜK DƏSTƏK

06 Mart 2023
Baxış: 334

“Mən Laçın yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallarla həmrəyəm, çünki təmiz ətraf mühit hüququ və təbii sərvətlərin qanuni istismarı hazırda Ermənistan tərəfindən pozulur. Bu səbəbdən İsrailin keçmiş naziri kimi Enerji Xartiyası Müqaviləsinə əsasən Ermənistana qarşı arbitraj iddiası qaldıran Azərbaycanı dəstəkləyirəm".

AJMEDİA.İNFO xəbər verir ki, bu bəyanatla İsrailin keçmiş rabitə naziri (2017-2019) Ayub Kara çıxış edib. Sabiq nazir Ermənistanın bir çox müddəaları pozduğunu bildirib:

"Beynəlxalq hüquqa əsasən, Ermənistan 30 illik işğalı zamanı Azərbaycanın enerji resurslarını qanunsuz istismar etməklə müqavilənin çoxsaylı müddəalarını pozub. Bu arbitraj işi Qarabağda genişmiqyaslı ətraf mühitin məhvinə görə Azərbaycanın Ermənistanı məsuliyyətə cəlb etmək üçün başlatdığı məhkəmə işi ilə yanaşı, ədaləti bərpa etmək cəhdidir. Ermənistan faktiki olaraq onilliklərdir ki, Azərbaycanın enerji resurslarını talayır. Azərbaycanlı fəalların Laçın yolunu tərk etməkdən imtina etməsinin əsas səbəblərindən biri də budur. Resurslar ekoloji cəhətdən qeyri-sabit şəkildə çıxarılır və əslində insanlığa qarşı cinayət törətmiş şəxslərə satılır”.

Təxminən bir il əvvəl mən Qarabağda olduğunu xatırladan müəllif ermənilərin ətraf mühitə vurduğu ziyanın şahidi olduğunu vurğulayıb:

“Biz çayların balıqsız olduğunu, kökündən qopan ağacları, yandırılmış əkinçilik sahələrini və digər kütləvi dağıntıları gördük. Orada gördüklərim qədər dəhşətli idi ki, Cənubi Livanda gördüklərimlə müqayisə oluna bilməzdilər".

A.Kara öz yazısında Almaniyanın XİN rəhbərini də tənqid edib. O, Laçın yolunda baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətə düzgün informasiyanın təqdim edilməsinin vacibliyini vurğulayıb:

"Təəssüflər olsun ki, Almaniyanın xarici işlər naziri ilə yanaşı bəzi digər şəxslər də bu münaqişədə Ermənistanın təcavüzkar olduğunu etiraf etməkdən imtina edirlər. Onlar Azərbaycanı Laçın yolunda etiraz aksiyaları təşkil etməkdə ittiham edir, bunu “humanitar fəlakət”, hətta “soyqırım” adlandırırlar. Holokostdan sağ çıxanlar arasında böyüyən biri üçün bu etirazların belə adlandırılmasını görmək təhqirdir. Birincisi, BQXK və Rusiya sülhməramlıları humanitar yardım çatdırır. İkincisi, etiraz aksiyasının keçirilməsi heç də blokada deyil və əlbəttə ki, beynəlxalq hüquqa görə humanitar böhran sayıla bilməz.

Bu səbəbdən də biz israillilər Azərbaycanla həmrəy olmalı və Qərbə Laçın yolunda baş verənlərin təhrif edildiyini anlamaqda kömək etməliyik. Necə ki, Yəhudeya və Samariyada baş verənlər yanlışdır. Azərbaycan İsrail dövlətinin müttəfiqidir. Bu səbəbdən İsrail Enerji Xartiyası Müqaviləsi çərçivəsində Ermənistana qarşı arbitraj işində Azərbaycanı müdafiə etməli və onunla həmrəy olmalıdır.

Məşhur Holokost alimi Elie Wiesel bir dəfə demişdi: “Biz tərəf tutmalıyıq. Neytrallıq qurbana deyil, zülm edənə kömək edir. Sükut əzab çəkəni deyil, əzab verəni həvəsləndirir. Bu səbəbdən də mən Azərbaycanın tərəfindəyəm!”. (sfera.az)