02 May 2024
"İsrailə qarşı döyüşən bütün qrupları dəstəkləyirik" - İran rəsmisi

"İsrailə qarşı döyüşən bütün qrupları dəstəkləyirik" - İran rəsmisi

14 Aprel 2022
Baxış: 441

“Dünyada sionist rejimə qarşı vuruşan bütün qrupları dəstəkləyirik”.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, bunu SEPAH-ın xaricdəki hərbi-kəşfiyyat fəaliyyətinə cavabdeh olan Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani bildirib.

Qüds qüvvələrinin keçmiş komandan müavini Məhəmməd Hicazinin ölümünün ildönümü ilə əlaqədar Tehrandakı anım mərasimində çıxış edən Qaani İsrail və Səudiyyə Ərəbistanını hədəf alıb.

Martın 13-də Ərbil şəhərində “Mossadın gizli bazası” olduğu iddia edilən yaşayış məntəqəsinə həyata keçirilən raket hücumlarına işarə edən Qaani bildirib:

“Dünyanın hər hansı bir yerində maraqlarımıza hücum edilərsə, buna ciddi cavab verəcəyik. Biz sizin harada olduğunuzu bilirik. Ərbildə yaşayan bir çox insanın oradakı bazanızdan xəbəri yox idi, amma siz bizim nəzarətimizdə idiniz. Sionist rejimə ciddi şəkildə cavab verəcəyik. Onlar bizimlə döyüşmək üçün çox kiçikdirlər”.

Qaani çıxışında Səudiyyə Ərəbistanını da hədəfə alıb:

“Səudiyyə Ərəbistanı bu müharibəni mümkün qədər tez bitirməlidir. Yəməndə xəstəxanaları və ölkənin infrastrukturunu bombaladılar. Bu cinayətkarlar sionist rejim kimi ətrafdan yardım alırlar. Bu mövzuda əlimizdə tutarlı dəlillər var”.