01 May 2024
İsraildə daha bir TERROR AKTI - ÖLƏN və YARALANANLAR VAR

İsraildə daha bir TERROR AKTI - ÖLƏN və YARALANANLAR VAR

08 Aprel 2022
Baxış: 577

İsrailin Təl-Əviv şəhərində silahlı terrorçu Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində yerləşən İlka barında oturan insanlara atəş açıb.

AJMEDİA.İNFO İsrail mətbuatına istinadən xəbər verir ki, terror aktı nəticəsində iki nəfər ölüb, daha 4-ü yaralanıb.

Hadisənin dəqiq şəraiti və atəş açan şəxsin kimliyi hələlik məlum deyil, lakin bunun terror aktı olduğuna heç kim şübhə etmir.

Versiyalardan birinə görə, atəş açanlar iki nəfər olub.

Təhlükəsizlik qüvvələri terrorçunun gizləndiyi ehtimal edilən evi mühasirəyə alıb.