02 May 2024
İsrail Rusiyaya səfərləri qadağan etdi

İsrail Rusiyaya səfərləri qadağan etdi

01 İyun 2021
Baxış: 634

İsrail koronovirusun yayılması ilə əlaqədar mayın 31-dən etibarən ölkə vətəndaşlarının səfərləri qadağan olunan ölkələrin siyahısına Rusiya və Argentinanı da əlavə edib.

AJMEDİA.info xəbər verir ki, İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti qadağanın həmin ölkələrdə maksimal yoluxma riski ilə bağlı olduğunu bildirib. Səfərlərə yalnız xüsusi hallarda icazə verilə bilər.

Nazirlikdən xatırladıblar ki, “qırmızı sıyahıda” artıq Ukrayna, Efiopiya, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan və Türkiyənin adları var. Bu ölkələrə səyahət icazəsi yalnız səlahiyyətləndirilmiş komissiya tərəfindən verilir. COVİD xəstəliyi keçirmiş və peyvəndlənmiş şəxslər də daxil olmaqla, həmin ölkələrdən İsrailə qayıdan bütün sərnişinlər 14 gün ev şəraitində karantin keçməlidir.

Sərəncamın iyunun 13-dək qüvvədə olduğu və müxtəlif ölkələrdə yoluxmanın səviyyəsindən asılı olaraq müddətin artırılacağı bildirilir.