02 May 2024
İsrail Prezidenti BƏƏ-nin vəliəhd şahzadəsini ölkəsinə səfərə dəvət edib

İsrail Prezidenti BƏƏ-nin vəliəhd şahzadəsini ölkəsinə səfərə dəvət edib

17 Avqust 2020
Baxış: 1265

İsrail Prezidenti Reuven Rivlin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nahyana məktub göndərib.

AJM-nın "Times of Israel"ə istinadən verdiyi xəbərə görə, ərəb dilində olan məktubda R. Rivlin Məhəmməd bin Zayed Əl Nahyanı İsrailə səfərə dəvət edib.

İsrail Prezidenti məktubda ölkəsi ilə BƏƏ arasında əlaqələrin normallaşmasından məmnun olduğunu, bunun Yaxın Şərqə iqtisadi rifah və sabitlik gətirəcəyini ümid etdiyini bildirib.

“Sülh sazişi aramızda və bölgə xalqları arasında etimadın qurulmasına və möhkəmlənməsinə kömək edəcək, regionu irəliyə aparacaq, iqtisadi tərəqqi və çiçəklənmə gətirəcək, Yaxın Şərqdə yaşayanlar üçün sabitliyi təmin edəcək”, - deyə məktubda qeyd olunub.


Aron Hanukaev

Teqlər: İsrail