16 Aprel 2024
“İsrail Prezidenti Azərbaycana səfər etməyi planlaşdırır” - KİV

“İsrail Prezidenti Azərbaycana səfər etməyi planlaşdırır” - KİV

27 Mart 2023
Baxış: 462

İsrail Prezidenti İsaak Hersoq bu il Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb.
Bu barədə “Jerusalem Post” məlumat yayıb.
Bildirilib ki, Prezident bunu martın 26-da Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovla görüşündə deyib.
Görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb və ikitərəfli gündəliyin müxtəlif məsələləri müzakirə olunub.
Nəşrin məlumatına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu həftə İsrailə səfəri gözlənilir, onun Hersoqla görüşü isə martın 30-na planlaşdırılıb.