24 Aprel 2024
İsrail pilotu baş nazir Netanyahunu ölümlə hədələdi

İsrail pilotu baş nazir Netanyahunu ölümlə hədələdi

06 Fevral 2023
Baxış: 411

İsrailin baş naziri Benyamin Netanyahu ona və digər rəsmilərə qarşı ciddi təhdidlər aldıqlarını söyləyib.

Xarici agentliklər xəbər verir ki, bu barədə İsrailin JNS portalı məlumat yayıb.

“Belə görünür ki, seçilmiş vəzifəli şəxslərə və şəxsə mənə qarşı yönəlik təhdidlər bütün hüdudları aşıb. İndi biz İsrailin baş nazirinin aşkar surətdə ölümlə hədələndiyini görürük”, - deyə Netanyahu açıqlamasında bildirib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin keçmiş pilotu Zeyev Raz bu günlərdə Benyamin Netanyahunun ünvanına təhdid dolu statuslar paylaşıb.

"Baş nazir diktatura qurmaq istəsə, öldü deməkdir, məsələ bu qədər sadədir.... Belələrini öldürmək lazımdır",-deyə sabiq hərbçi “Facebook”da yazıb.

Qeyd edək ki, Zeyer Raz 1981-ci ildə, hələ Səddam Hüseynin dövründə İraqda nüvə reaktorunu bombalayan döyüş təyyarələrindən birini idarə edənlərdən olub.

Keçmiş pilot uzun müddətdir Netanyahu əleyhinə təbliğat aparır.

Musavat.com