04 May 2024
İsrail ordusu HƏMAS liderinin evini MÜHASİRƏYƏ ALDI

İsrail ordusu HƏMAS liderinin evini MÜHASİRƏYƏ ALDI

07 Dekabr 2023
Baxış: 284

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzada HƏMAS lideri kimi tanınan Yəhya Sinvarın evinin mühasirəyə alındığını bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, Baş nazirliyin mətbuat xidmətinin açıqlamasına görə, Netanyahu, "Onun evi onun qalası deyil, qaça bilər, ancaq onu tapmağımız an məsələsidir" deyə bildirib.Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spoljariç ilə görüşdüyünü qeyd edən Netanyahu Qırmızı Xaç rəsmilərinin Qəzza zolağındakı israilli məhbusları ziyarət etmələri üçün Spoljariçdən Qətərlə əlaqə saxlamasını xahiş etdiyini bildirib. Digər tərəfdən İsrail ordusunun açıqlamasında İsrail xüsusi təyinatlılarının Xan Yunus şəhərinin mərkəzində döyüşdüyü qeyd edilib.

Açıqlamada xüsusi təyinatlılardan başqa birliklərin Xan Yunus şəhərinin mərkəzini mühasirəyə almağa başladığı vurğulanıb və HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar və “İzzəddin əl-Qəssam Briqadaları” komandiri Məhəmməd ed-Dayfın bu bölgədə olduğu diqqətə çatdırılıb.