01 May 2024
İsrail lazer hava hücumundan müdafiə sistemini uğurla SINAQDAN KEÇİRDİ - VİDEO

İsrail lazer hava hücumundan müdafiə sistemini uğurla SINAQDAN KEÇİRDİ - VİDEO

15 Aprel 2022
Baxış: 774

İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, yeni istehsal olunan lazer hava hücumundan müdafiə sistemlərinin ilk sınağı uğurla tamamlanıb.

AJMEDİA.İNFO Gazeta.ru-ya istinadən xəbər verir ki, Belə ki, “Dəmir Şüa” (Iron Beam) sistemi pilotsuz uçan təyyarələri, raketləri, minaatanları və tank əleyhinə raketləri uğurla zərərsizləşdirib.

Sınaqlar bu ilin mart ayında İsrailin cənubundakı Neqev səhrasında keçirilib.

Öz növbəsində İsrailin Müdafiə Nazirliyinin araşdırmalar və ixtiralar şöbəsinin rəhbəri, general Yaniv Rotem də “Dəmir Şüa” sisteminin uğurla sınaqdan çıxdığını təsdiqləyib.

Məlumatda həmçinin qeyd olunur ki, “Dəmir Şüa”nı İsrailin məşhur “Rafael Advanced Defense Systems” şirkəti yaradıb.