02 May 2024
İsrail İranla gizli müharibəni gücləndirir

İsrail İranla gizli müharibəni gücləndirir

23 İyun 2022
Baxış: 413

ABŞ mənbələri bildirir ki, İsrail öz hərəkətləri barədə ABŞ administrasiyasını xəbərdar etmir

AJMEDİA.İNFO xəbər verir ki, İsrail İrana qarşı gizli hücumlarını gücləndirib və ABŞ-ı qaranlıqda saxlayır. Bu barədə iyunun 21-də CNN telekanalına Amerika administrasiyasının keçmiş və indiki yüksək rütbəli məmurları - İslam Respublikasının hərbi sənayesində iştirak edən bir neçə mühəndisin müəmmalı ölümləri ilə bağlı silsilə xəbərlər fonunda məlumat veriblər.

חצי חצי ראש סבא"א רפאל גרוסי ומתקן ה גרעין של איראן בנתנז

ABŞ prezidenti Co Baydenin İsrail, Fələstin Administrasiyası və Səudiyyə Ərəbistanına səfərindən üç həftə əvvəl ABŞ administrasiyasının rəsmisi "İranda vəziyyət son dərəcə gərginləşib" bildirmişdir.

Mənbələr, İsrailin getdikcə daha çox İran problemini nəzarətə götürməyə çalışdığı və İsrail kəşfiyyat orqanlarının iranlı ekspertlərə və İranın nüvə obyektlərinə qarşı gizli hücumlarını artırdığı və ABŞ-ı qaranlıqda qoyduğu təəssüratının yarandığını bildirib.
Mənbələr əlavə edib ki, Bayden Yaxın Şərqdəki müttəfiqləri ilə İranın təcavüzü və nüvə silahı yarışını dayandırmaq üçün daha nələr edilə biləcəyi barədə məsləhətləşmələr aparacaq.