08 May 2024
İsrail İranla bağlı mühüm qərarların qəbuluna HAZIRLAŞIR

İsrail İranla bağlı mühüm qərarların qəbuluna HAZIRLAŞIR

10 Mart 2023
Baxış: 450

İranın nüvə silahına sahib olmaq istəyi İsraildən istənilən addıma hazır olmasını tələb edir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə görüşündən sonra deyib.

Nazirin sözlərinə görə, təcili və vacib qərarlar qəbul etmək üçün doğru zamandır.

“İran nüvə silahı əldə etmək və təkcə İsraili deyil, bütün dünyanı təhdid etmək niyyətindədir”, - Qalant bəyan edib.

O vurğulayıb ki, İranın nüvə təhlükəsi İsraildən istənilən inkişaf ssenarilərinə hazır olmasını tələb edir.

Mənbə: gazeta.ru