02 May 2024
İsrail İran ərazisindəki hərbi obyektə ZƏRBƏ ENDİRDİ

İsrail İran ərazisindəki hərbi obyektə ZƏRBƏ ENDİRDİ

19 Aprel 2024
Baxış: 324

İsrail ordusu İran ərazisindəki hərbi obyektə zərbələr endirib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı ABC telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Lakin rəsmi Suriya və İraqdakı hədəflərin də hədəf olub-olmadığını təsdiqləməyib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.