02 May 2024
İsrail hökuməti Netanyahudan Obama, Putin və Trampın verdiyi hədiyyələri qaytarmasını TƏLƏB ETDİ

İsrail hökuməti Netanyahudan Obama, Putin və Trampın verdiyi hədiyyələri qaytarmasını TƏLƏB ETDİ

03 Sentyabr 2021
Baxış: 640

İsrailin keçmiş Baş naziri Benyamin Netanyahudan Trump, Obama və Putin kimi liderlərdən aldığı hədiyyələri Baş nazirin ofisinə gətirməsi istənilib.


AJMEDİA.İNFO “euronews”a istinadla xəbər verir ki, bu barədə "Ma'ariv" qəzetinin köşə yazarı Ben Kaspit məlumat yayıb.

O bildirib ki, Baş nazirin Hüquq Müşaviri Şlomit Barnea Faraqo keçmiş baş nazir Netanyahuya müraciət edərək xarici liderlərdən aldığı dövlət hədiyyələrini hökumətə geri qaytarmağı xahiş etsə də, 71 yaşlı siyasətçi bu xahişə məhəl qoymayıb.


Xəbərə görə, hədiyyələr Baş nazirlikdə və ya siyasətçilərin rəsmi iqamətgahında nümayiş olunmalıdır. Lakin Netanyahu vəzifə müddəti bitməsinə baxmayaraq bu hədiyyələri verməyib.


Sözügedən hədiyyələr arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın İsrailin Golan Təpələrini ələ keçirilməsinin ABŞ tərəfindən tanıdığını bəyan edən sənəd, Trampın həyat yoldaşı Melaniya Trampın verdiyi boşqab və ABŞ-ın keçmiş prezidenti Barak Obamanın qızıl yarpaqlı şüşə qutusu var. Rusiya Prezidenti Vladimir Putin isə Raşinin yazıları olan İncil hədiyyə edib.


Qeyd edək ki, 12 il davam edən hakimiyyətdən sonra Netanyahu, son seçkilərdə partiyası birinci olsa da, qurulan koalisiya hökuməti səbəbilə kreslosunu vermək məcburiyyətində qalmışdı.