06 May 2024
İsrail hökuməti investisiya məqsədli əmlak alışına verginin artırılmasını ləğv edib

İsrail hökuməti investisiya məqsədli əmlak alışına verginin artırılmasını ləğv edib

26 Avqust 2020
Baxış: 1265

Bir müddət əvvəl İsraildə daşınmaz əmlakın satın alınması üçün verginin dərəcəsi artırılaraq 8 faizə qaldırılmışdı.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, Knesset – ölkə parlamenti maliyyə naziri İsrail Katsın mənzillərin satın alınmasına tətbiq olunan verginin dərəcəsinin artırılmasının ləğvi barədə təklif etdiyi qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.

Parlamentdə bu təkliflə yanaşı, koronavirusun nəticələrinə qarşı mübarizə məqsədi daşıyan iqtisadi proqram da qəbul edilib.

Maliyyə Nazirliyi investisiya məqsədli əmlakın satın alınması ilə bağlı vergilərin dərəcəsini aşağı salmaqla investorları ölkəyə qaytarmaq niyyətindədir. Bununla belə, bu addımın atılması mənzillərin bahalaşmasına və aztəminatlı ailələr üçün əlavə çətinlik yaranmasına yol açdığına görə kəskin tənqid olunur.

Hazırda İsraildə mənzillərin qiyməti böhrandan əvvəlki səviyyədədir.

Teqlər: İsrail