27 Aprel 2024
İsrail Hələb hava limanına aviazərbə endirib - VİDEO

İsrail Hələb hava limanına aviazərbə endirib - VİDEO

22 Mart 2023
Baxış: 3182

Suriya Müdafiə Nazirliyi martın 22-də səhər tezdən İsrailin Hələb hava limanına aviazərbə endirdiyini elan edib.

AJMEDİA.İNFO xəbər verir ki, məlumata görə, bu, hava limanına bu ay ikinci, son altı ayda isə üçüncü zərbədir.

Hadisə nəticəsində ölən və yaralananlar barədə xəbər verilməyib.

Hava limanında uçuş-enmə zolağı bağlanıb.

İsrail qırıcı təyyarələrinin Aralıq dənizi üzərindəki hava məkanından hava limanına bir neçə raket atdığı, sahilyanı Latakiya şəhərinin qərbində partlayış səslərinin digər bölgələrdə də eşidilməsinə səbəb olduğu qeyd edilir.

Mənbə: SANA