07 May 2024
İsrail diplomatları İspaniyadakı karnavalı pislədilər

İsrail diplomatları İspaniyadakı karnavalı pislədilər

28 Fevral 2020
Baxış: 437

İsrailin İspaniyadakı səfirliyi, Campo de Criptana şəhərindəki karnaval iştirakçılarının ötən həftə sonlarında geyindiyi geyimləri "Holokost qurbanlarının xatirəsinə hörmətsizlik" adlandırıb. Mərasim iştirakçılarından bəziləri nasistlərin və konsentrasiya düşərgəsindəki məhbusların geyimində olub. Bir neçə platformada mobil krematoriya təsvir edilıb. Məhkumlar kimi geyinmiş rəqqasələr İsrail bayraqlarını daşıyıblar. İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi, Belçikanın Alst şəhərindəki karnaval kimi İspan karnavalının "Avropanın antisemitizm beşiyi kimi nüfuzunu gücləndirdiyini" söyləyib.

Keçən həftə sonu Belçikanın Alst şəhərində təşkil edilən karnavalda bəzi iştrakçılar yəhudilərin paltarlarında, ayaqları sürətlə yeriyən qarışqaların geyimlərinə çevrilmişdilər.