02 May 2024
İslam ölkəsində Yeni il qadağası: Komendant saatı tətbiq olunacaq

İslam ölkəsində Yeni il qadağası: Komendant saatı tətbiq olunacaq

21 Dekabr 2021
Baxış: 519

Mərakeşdə koronavirusla mübarizə çərçivəsində 2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 1-nə keçən gecə bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

AJMEDİA.İNFO Lent.az-a istinadən xəbər verir ki, bu barədə yerli hökumətin qəbul etdiyi qərarda bildirilir.

Qərara əsasən, dekabrın 31-də ölkədə bütün restoran və kafelər saat 23:30-da bağlanacaq.

Yenil il gecəsi, həmçinin, otellərdə və turizm müəssisələrində də şənliklərin, xüsusi proqramların təşkilinə qadağa qoyulacaq.

Yanvarın 1-də isə saat 00:00-dan 06:00-a kimi komendant saatı qüvvədə olacaq.

Qeyd edək ki, Mərakeş səlahiyyətliləri pandemiyaya qarşı mübarizə və vətəndaşların sağlamlığının qorunması məqsədilə, xüsusən də Omicron ştamının Avropa və Afrikada sürətlə yayılması səbəbindən 31 dekabr 2021-ci il tarixinədək bütün birbaşa sərnişin reyslərini dayandırıb.