02 May 2024
"İşğalçılar vəhşiliklər edir, Qərb liderləri sanki yoxa çıxıblar" - Zelenskidən SƏRT ÇIXIŞ

"İşğalçılar vəhşiliklər edir, Qərb liderləri sanki yoxa çıxıblar" - Zelenskidən SƏRT ÇIXIŞ

07 Mart 2022
Baxış: 482

Volodimir Zelenski Qərb liderlərini susqunluqda günahlandırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Zelenski xalqa növbəti müraciətində deyib. O, Qərb liderlərini Rusiyanın Ukrayna hərbi-sənaye kompleksi obyektlərinə mümkün zərbələrlə bağlı xəbərdarlığına cavab vermədiklərinə görə tənqid edib.

“Mən heç bir Qərb siyasətçisindən bu açıqlamaya reaksiya eşitməmişəm. İşğalçıların cəzasızlıq hissini düşünün. Onlar planlaşdırılan vəhşilikləri elan edirlər. Niyə? Çünki heç bir reaksiya yoxdur. Sanki Qərb liderləri bu axşam, bazar günü yoxa çıxıblar. Ümid edirəm ki, sabah bunu hiss edəcəksiniz, deyəcəksiniz”, – deyə Zelenski bildirib.(konkret.az)