16 May 2024
İşdən çıxarılan müəllimin yerinə dərs keçən yoxdur? - RƏSMİ

İşdən çıxarılan müəllimin yerinə dərs keçən yoxdur? - RƏSMİ

18 Sentyabr 2023
Baxış: 429

“15 sentyabrda Yasamal rayonu 167 nömrəli məktəbinin “3 f” sinfinin uşaqları məktəbə gedib, giriblər sinfə, amma müəllimə yoxdur. Valideynlər şikayətə gediblər, direktor deyib ki, müəllimə sertifikasiya imtahanı vermədiyi üçün işdən çıxarılıb”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında məlumat yayıb.

O iddia edib ki, işdən çıxarılan müəllimin yerinə də başqa müəllim yoxdur: “İndi uşaqlar qalıblar müəllimsiz. Gündə biri gəlir, 1 saat dərs keçir gedir. Ona görə də valideynlər uşaqlarını məktəbə qoymurlar”.

Məsələ ilə bağlı "Qafqazinfo" Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Qurumdan müraciətə cavab olaraq bildirilib ki, 167 nömrəli tam orta məktəbin “3f” sinfinə müəllim təyin olunub.