02 May 2024
“İranın nüvə obyektlərinin havadan bombardman edilməsi planı artıq masadadır” – ABŞ İsrailin təklifini qəbul edəcək?

“İranın nüvə obyektlərinin havadan bombardman edilməsi planı artıq masadadır” – ABŞ İsrailin təklifini qəbul edəcək?

23 Avqust 2021
Baxış: 736

İsrailin baş naziri Naftali Bennett ABŞ Prezidenti Co Baydenə İranın nüvə işini dayandırmaqla bağlı planını təqdim edəcəyini açıqlayıb. Baş nazir müddəti bitmiş nüvə razılaşmasına yenidən daxil olmağın lazım olmadığını bildirib.

Maraqlıdır, İsrail nüvə məsələsi ilə bağlı razılaşmada ABŞ-a hansısa formada təsir edə bilər? İsrailin bu təklifi nəyə hesablanıb?

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a danışan politoloq Natiq Miri İsrailin İranın bütün nüvə obyektlərinin havadan bombardman edilməsi ilə bağlı planının olduğunu bildirib:

"İsrail İranın nüvə silahına çox yaxın olması ilə bağlı ciddi narahatlıq keçirir. Buna görə də artıq bütün beynəlxalq təşkilatları məlumatlandırıb. İsaril öz ətrafında böyük koalisiya yaradıb beynəlxalq güclərin təsiri ilə İranı dayandırmaq istəyir. Bu, siyasi-diplomatik yoldur. Digər alternativ yol isə İranın bütün nüvə obyektlərinin havadan bombardman edilməsi ilə bağlıdır. Bu plan da artıq masadadır. İndiki vaxtda Bennetin bu açıqlaması daha çox siyasi-diplomatik yolla İranı dayandırmağa hesablanıb. Çünki İsrail İrana qarşı hərbi əməliyyata başlasa, ABŞ-ın onun yanında dayanmasından əmin deyil".

Politoloq ABŞ-ın əvvəlki qaydada İsrailin bütün təkliflərini dəyərləndirməyəcəyini deyib:

"ABŞ-da demokratların hakimiyyəti resiblikaçılardan fərqli olaraq İsrailin dediklərini təsdiq edəcək hakimiyyət deyil. Bayden hakimiyyəti istənilən halda İsrailin yox, ABŞ-ın dövlət maraqlarını üstün tutaraq qərar qəbul edəcək. Bu qərarın nə olması isə ABŞ-İran arasındakı münasibətlərdən asılı olacaq. ABŞ İran şərtlərini qəbul edərsə, nüvə razılaşması əldə oluna bilər. Nəticələr ABŞ-ın İranla olan bazarlıq məsələsindən asılı olaraq dəyişəcək".