06 May 2024
İranın Neft-Kimya zavodunda GÜCLÜ YANĞIN

İranın Neft-Kimya zavodunda GÜCLÜ YANĞIN

10 Avqust 2021
Baxış: 615

Avqust ayının 9-u saat 2 radələrində İranın cənubunda yerləşən Buşehr vilayətində Xark Neft-Kimya Şirkətinin zavodunda yanğın baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İranın Xark Neft-Kimya Şirkətinin sözçüsü Məhəmməd Əli Kazemipur deyib.

M.Kazemipurun sözlərinə görə, zavodun anbarında təxminən 200 ton pentan olub. Baş verən yanğın səhər saatlarında söndürülüb. Hazırda soyudulma işləri aparılır.

Qeyd edək ki, yanğın nəticəsində ölən və yaralının olmadığını deyilib.

Qeyd edək ki, Xark adasında İranın xam nefti ixracı üzrə əsas terminalı yerləşir və İranın xam neftinin 98%-dən çoxunu ixrac edə biləcək gücə sahibdir.(unikal.org)