02 May 2024
İranın Azərbaycanla ticarət dövriyyəsi 7 faiz azaldı

İranın Azərbaycanla ticarət dövriyyəsi 7 faiz azaldı

13 Noyabr 2022
Baxış: 295

“İranın Azərbaycanla ticarəti 7 faiz azalıb”

“Azad İran” teleqram kanalı xəbər verir ki, bu barədə İranın Ticarət Palatasının üzvü Behruz Pursüleyman “İLNA”-ya açıqlamasında bildirib.

Pirsüleyman İranın Azərbaycanla ticarət prosesinə heç bir xələl gəlmədiyini deyib:

“Azərbaycanla ticarət əlaqələrimiz davam edir və normal vəziyyətdədir, lakin ötən illə müqayisədə bu ölkə ilə ticarətimizin həcmi təxminən 7 faiz azalıb”.

O, İranın Azərbaycan Respublikası ilə ticarət həcminin azalmasına toxunaraq bildirib:

“İranın Azərbaycan hökuməti ilə siyasi münasibətləri soyuqlaşıb: Amma biz vaxtilə Azərbaycan hökumətinin tərəfdarı idik və Qarabağ torpaqlarının bu ölkəyə qaytarılması ilə razı idik, hətta biz onlara dəstək verirdik, lakin üçüncü dövlətlərin bir sıra siyasi fitnələri Azərbaycanla siyasi münasibətlərimizin aşağı səviyyəyə düşməsinə səbəb olub”.

Bizim.Media