İsrail və Azərbaycan: “Mehriban münasibətlər və gələcək pers...
8 dəqiqə əvvəlİranda müəssisədə baş verən partlayışda 3 nəfər ölüb
28 Mart 2023
Baxış: 375
İranın şimalındakı Mazandaran əyalətindəki müəssisədə baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Qəza Babol şəhərinin şərq hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisəyə səbəb müəssisədə çalışan işçilərin təhlükəsizlik qaydalarına əməl etməməsi olub. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.
Partlayış nəticəsində yanğın olub və o, müəssisənin ərazisinin təxminən yarısını məhv edib. Yanğın lokallaşdırılıb. Məlumata görə, digər sənaye obyektlərinə ziyan dəyməyib.