07 May 2024
İranda dondurmaya çəkilən “erotik” reklam QALMAQAL YARATDI – FOTO

İranda dondurmaya çəkilən “erotik” reklam QALMAQAL YARATDI – FOTO

09 Avqust 2021
Baxış: 784

İranda “Domino” adlı dondurma (bəstəni) şirkətinin çəkib İnstagramda yerləşdirdiyi reklam videosu qalmaqala yol açıb.

AJMEDİA.İNFO “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, videoda dondurmanı yeyərək reklam edən xanımın rəftarları “erotik” və “seksual” adlandırılıb və şirkətin rəsmi qaydada üzr istəməsini tələb edilib.

“Məşreq” saytı isə İranın Mədəniyyət Nazirliyinin rəsmilərinin birinə istinadən xəbər verir ki, video “xüsusi icazə” əldə edilmədən çəkilib.

Sayt reklamın “İnstagram”da paylaşıldığını bildirərək, şirkətə qarşı hüquqi tədbirlərin görüləcəyini bildirib.

Nəticədə şirkət sözügedən videonu sosial media hesabından silməli olub.(Alp.az)

image-1628504933_0de-4