02 May 2024
İrana məxsus yük maşınları Gorus-Qafan yolunda QALIB - ÖDƏNİŞ EDƏ BİLMİRLƏR

İrana məxsus yük maşınları Gorus-Qafan yolunda QALIB - ÖDƏNİŞ EDƏ BİLMİRLƏR

16 Sentyabr 2021
Baxış: 555

Ermənistanın Gorus şəhərində onlarla İran yük avtomobili toplanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu məlumatı erməni mediası yayıb. Məlumata görə, onlar Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolundan istifadə edə bilmirlər. Belə ki, iranlı sürücülərin pulu olmadığı üçün onların Azərbaycan gömrüyünə ödəniş edib, yoldan istifadə edə bilmədiyi vurğulanıb.

Erməni mətbuatı Qubadlı yaxınlığında dayandırılan İran yük avtomobillərindən yoldan istifadə üçün 100 dollardan 300 dollara qədər ödəniş tələb edildiyini yazıb.

Bununla belə bəzi iranlı sürücülərə yoldan istifadəyə izn verildiyi, amma onlardan geri dönüş zamanı hər iki tərəf üçün ödənişin alınacağı bildirilib.

Sürücülər Ermənistan polisi və Milli Təhlükəsizlik Xidmətinin Tatev yolundan istifadə etməyi təklif etdiyini, amma təklifi qəbul etmədiklərini qeyd ediblər. Çünki buradakı yol bərbad və dar olduğundan, böyük yük maşınlarının hərəkəti mümkünsüzdür. Hətta təklifi qəbul edib, yoldan istifadə edən yük avtomobilləri qəzaya düşüblər.

“Sputnik Ermənistan”a danışan sürücülərdən biri Azərbaycan postunda ödənişi dramla etmək istədiyini, amma polisin bununla razılaşmadığını bildirib. O, polisin ödənişi ya dollar, ya da Azərbaycan manatı ilə etməyi tələb etdiyini söyləyib.(axar.az)