19 Aprel 2024
İrana hücum edəcək İsrail təyyarələri Azərbaycanda yanacaq dolduracaq? – Rəsmi CAVAB

İrana hücum edəcək İsrail təyyarələri Azərbaycanda yanacaq dolduracaq? – Rəsmi CAVAB

11 Mart 2023
Baxış: 439

"İsrail Müdafiə Qüvvələrinin İrana mümkün hücumu zamanı Azərbaycandan yanacaqdoldurma bazası kimi istifadə olunmayacaq".

AJMEDİA.İNFO xəbər verir ki, bunu "The Jerusalem Post"a açıqlamasında Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov deyib. İsraildəki nümayəndəmiz bunun səbəbini belə açıqlayıb:

“Azərbaycan əvvəldən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək. Bu, ona görədir ki, biz də digər ölkələrin daxili işlərimizə qarışmamasını gözləyirik”.

Qeyd edək ki, sosial mediada bildirilib ki, İsrailin təqribən 1900 km məsafə qət edə bilən heç bir təyyarəsi yoxdur. Buna görə də İrandakı hədəfləri vurmaq və geri dönmək üçün haradansa yanacaq doldurmaq şərtdir. Bu məqsədlə isə İsrail təyyarələri Azərbaycanda dayana bilər.

Xatırladaq ki, ötən gün Azərbaycanın İsraildəki ilk səfirinin etimadnaməsinin təqdimatı hökumət əleyhinə nümayişlər səbəbindən pozulub. Fevralın 28-də İsrailə səfər edən Muxtar Məmmədov martın 9-da etimadənaməsini prezident Hersoqa təqdim etməli idi. Yalnız bundan sonra Azərbaycanın bu ölkədəki ilk nümayəndəsi rəsmi olaraq öz vəzifələrini icra etməyə başlamalı idi.

(sfera.az)