07 May 2024
İran Xəzərdə təlimlər keçirəcək - HHQ DƏSTƏK VERƏCƏK

İran Xəzərdə təlimlər keçirəcək - HHQ DƏSTƏK VERƏCƏK

29 İyun 2021
Baxış: 723

İran ordusunun Hərbi Dəniz Qoşunları sabah Xəzər dənizində hərbi təlimlər keçirəcək.

KONKRET.az xəbər verir ki, “Davamlı Təhlükəsizlik” adlı hərbi təlimlərdə sülh və dostluq mesajı elan olunacaq, döyüş hazırlığı və məlumat mübadiləsi yoxlanılacaq, təcrübələr gənc kadrlara öyrədiləcək.

Məlumatda qeyd olunur ki, İran ordusunun Hərbi Hava Qüvvələrinin bölmələri təlimlərə hava dəstəyi verəcəklər.