23 Aprel 2024
İran və Belçika məhbus mübadiləsi edib

İran və Belçika məhbus mübadiləsi edib

26 May 2023
Baxış: 415

İran və Belçika hakimiyyəti Omanın vasitəçiliyilə iki məhbusu mübadilə edib.

Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Bildirilib ki, Belçika Krallığının diplomatı Olivie Vandelastil (Olivier Vandecasteele) və İran diplomatı Əsədullah Əsədi mübadilə ilə sərbəst buraxılıb.

Belçikanın Baş naziri Alexandre de Croix mayın 26-da bildirib ki, 455 gün Tehranda saxlanıldıqdan sonra Olivie Vandelastil azad edilib: “Hər şey yaxşı olarsa, Olivie bu axşam bizimlə olacaq”.

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian da bu gün tviter səhifəsində Əsədullah Əsədinin azadlığa buraxıldığını təsdiqləyib və onun tezliklə İrana daxil olacağını yazıb.

Qeyd edək ki, 46 yaşlı iranlı diplomat Əsədullah Əsədi İranın Avstriyadakı səfirliyinə işləyib. O, 2018-ci ildə Almaniyada mühakimə olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin il Belçikaya ekstradisiya olunmuşdu. O, müxalifətdə olan İran Xalq Mücahidlər Təşkilatına qarşı terror törətməyi planlaşdırmaqda şübhəli bilinirdi. 2018-ci il İyunun 30-da Fransanın hüquq-mühafizə orqanları Parisin İl-de-Frans regionunda İrandakı hakimiyyətə müxalifətdə olan Xalq Mücahidləri Təşkilatının nümayəndələrinin görüşdüyü yerə hücum etməyi planlaşdıran üç şübhəlini tutmuşdu. Həmin gün Belçikada İran əsilli iki nəfər hücum etməyi planlaşdırmaqda şübhəli bilindikləri üçün həbs olunub. Onlardan 500 q aseton-peroksid (tri-siklo-aseton-peroksid - ATP) müsadirə edilmişdi. Onların tutulması əməliyyatına İsrailin xüsusi xidməti orqanları da yardım edib.

Olivie Vandelastil 2022-ci ilin fevralında İranının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və casusluq ittihamı ilə 40 il həbs cəzasına məhkum edilmişdi. 42 yaşlı belçikalı humanitar sahədə işləyib.

Teqlər: