07 May 2024
İran səfirliyi “Sepah_Pasdaran”ın Azərbaycanla bağlı yaydığı videogörüntülərə münasibət bildirib

İran səfirliyi “Sepah_Pasdaran”ın Azərbaycanla bağlı yaydığı videogörüntülərə münasibət bildirib

11 Aprel 2022
Baxış: 685

İran səfirliyi “Sepah_Pasdaran” teleqram kanalında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Səfirlikdən “Report”un sorğusuna cavab olaraq bununla bağlı araşdırma aparıldığı qeyd edilib.

Vurğulanıb ki, teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi yoxdur: "Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.

Xatırladaq ki, “Sepah_Pasdaran” teleqram kanalında, mütəmadi olaraq, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Erməni mənbələri də bu kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi kanalı kimi təqdim edir. ordu.az