06 May 2024
İran Argentinaya uçuşlarda qaçaqmalçılıq yolu ilə silah aparır - İsrail səfirliyi

İran Argentinaya uçuşlarda qaçaqmalçılıq yolu ilə silah aparır - İsrail səfirliyi

17 İyun 2022
Baxış: 395

İsrailin Buenos-Ayresdəki səfirliyi bütün Latın Amerikası üzrə İran aviaşirkətlərinin fəaliyyətindən narahatlığını bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, müvafiq bəyanat cümə axşamı, iyunun 16-da açıqlanıb.

“İsrail xüsusilə İranın ABŞ sanksiyaları altında olan SEPAH-ın Qüds Qüvvələrinə silah ötürmək üçün istifadə etdiyi “Mahan Air” və “Fars Air Qeshm” şirkətlərinin fəaliyyətindən narahatdır”, - deyə bəyanatda bildirilir.

Səfirliyin məlumatına görə, İran ümumilikdə bütün dünyada və xüsusən də Cənubi Amerikada öz təsirini bərqərar etmək üçün davamlı cəhdlər edir.

“Bütün bunlar İranın Latın Amerikasındakı fəaliyyətinə, o cümlədən Kolumbiyada Əl-Qüds muzdluları tərəfindən mülki İsrail vətəndaşlarını qaçırıb öldürmək cəhdlərinin sübutudur”, - səfirlik əlavə edib.