25 Aprel 2024
İngiltərədə son illərin ən böyük tətili: Yüz minlərlə müəllim, həkim, dövlət qulluqçusu və metro işçisi işlərini tərk etdi

İngiltərədə son illərin ən böyük tətili: Yüz minlərlə müəllim, həkim, dövlət qulluqçusu və metro işçisi işlərini tərk etdi

15 Mart 2023
Baxış: 250

Keçən il İngiltərədə müxtəlif sektorlarda başlayan tətil dalğası maaşların inflyasiyadan yuxarı qalxması və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı razılığın əldə edilməməsi səbəbindən davam edir.

Bu gün yüz minlərlə müəllim, akademik, dövlət qulluqçusu, həkim və metro işçisi tətilə çıxıb.

Həmkarlar İttifaqları Konfederasiyası təxminən 500 min insanın tətilə qatılacağını açıqlayıb.

Birliyin məlumatına görə, Böyük Britaniyada 10 ildən artıqdır ki, belə miqyasda tətil olmayıb.

Bu gün paytaxt Londonda heç bir metro xidməti yoxdur. Ölkə üzrə əksər məktəblərdə müəllimlər tətil edir.