02 May 2024
“İndiki qızlar harınlıqdan boşanır” - Əməkdar artistdən şok sözlər

“İndiki qızlar harınlıqdan boşanır” - Əməkdar artistdən şok sözlər

29 İyun 2022
Baxış: 378

Son illərin statistikasından göründüyü kimi, boşanmaların sayı kifayət qədər artıb və artmaqda da davam edir. Həyəcan təbili çalmağın vaxtıdır.

Bu gün əksər gənclərin məcburiyyət olmadan nikah bağlamalarına baxmayaraq, ailə səadətinə nadir hallarda rast gəlinir. Xəyanət və boşanmalar ifrat həddinə çatıb. Bəs bunun real səbəbi nədir? Niyə seçdiyimiz insanla sevinərək ailə qurur və bədbəxt olub boşanırıq?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Elza Seyidcahan bəzən insanların hər kiçik səhvi xəyanət adlandıraraq ailəsini dağıtdığını iddia edib:

“Bilirsiniz, qadınlar xəyanətin nə olduğunu dərk etsələr, hər şeyi bağışlayarlar. Onlar bilmirlər ki, xəyanət nə deməkdir, adi səhvləri. Xırda söz-söhbətləri də xəyanət adalnadırırlar. Necə ki, körpə uşaq iməkləyə-iməkləyə yeriməyi öyrənir, ailə də elədir, yıxıla-yıxıla böyüyür, mükəmməlləşir, möhkəmlənir. Bəzən özləri xəyanət içində boğulanlar başqalarını xəyanətə görə suçlayırlar. Əlbəttə ki, xəyanət bağışlanmazdır, amma hər şeyə xəyanət demək olmaz. Bəhanələr xəyanət deyil! Bəzi insanlar bəhanə axtarırlar və hər şeyi xəyanətləşdirirlər. Bu istər kişiyə, istərsə də qadına aiddir. Ailəsini bütöv, bir yerdə görmək istəyən insan hətta xəyanətə də göz yumur, onu xəyanət adlandırmır. Ailəni dağıtmaq istəyən isə mütləq bir bəhanə tapır, promlemsizlikdən problem axtarır. Belələrinə harınlamış deyilir. Təəssüf ki, indi qızların bəziləri harınlıqdan boşanır”.

Sənətçi yeni ailə quran cütlüklərə də məsləhət verib:

“Mən yeni ailə quran xanımlara məsləhət görürəm ki, heç olmasa, 2 il də olsa qayınana ilə bir yerdə yaşasınlar. Eybi yox, qoy onlara bu çətin gəlsin, işgəncə olsun, amma qayınana ilə yaşasınlar, öyrənsinlər. Bundan sonra ayrı yaşasınlar. Öz həyat yoldaşlarının həm anası, həm atası, həm dostu, həm sevgilisi, həm arvadı, həm də bağışlayanı olsunlar. Bu zaman ailə gözəl olacaq, onların uşaqları çöllərdə qalmayacaq. Əlbəttə, məcbur olduqda, ən son həddə ailə dağıla bilər. Lakin birinci mübahisədə boşanmanı dilə gətirmək olmaz. Əgər boşanmanı dilə gətirdilərsə, əmin olun ki, o ailə dağılacaq. Çalışın bu sözü dilə gətirməyin. Bəzilərinin hər söz-söhbətdə ağızlarından “mən boşanıram” sözü düşmür, ona görə də ailələr dağılır”. AMİA.az