02 May 2024
“İmran Xana nəsə olsa, hökuməti..." - Deputatdan ŞOK SÖZLƏR

“İmran Xana nəsə olsa, hökuməti..." - Deputatdan ŞOK SÖZLƏR

07 İyun 2022
Baxış: 385

Pakistanın keçmiş baş nazir İmran Xanın partiyasından olan və vəzifəsindən uzaqlaşdırılan parlamentari hökuməti “intihar hücumu” ilə hədələyib.

AJMEDİA.İNFO xəbər verir ki, Təhriki İnsaf partiyasının millət vəkili Ataullah yayımladığı videoda “İmran Xanın bir tükü zədələnərsə, hökumət liderlərini intihar hücumları ilə hədəfə alacağıq”, - deyib.

Millət vəkili "Twitter"də paylaşdığı videoda “Nə sən, nə də övladların qalacaq. Sənə ilk intihar hücumu edən mən olacam. Minlərlə insan da bunu etməyə hazırdır”, - deyə bildirib.

Aprel ayında Pakistan Milli Assambleyasında etimad səsverməsini itirən İmran Xan istefaya göndərilib.

Şahbaz Şərifin başçılıq etdiyi hökumətə İmran Xanın tərəfdarları etiraz edirlər.

Keçmiş baş nazirə qarşı sui-qəsdin olması ilə bağlı iddialar son vaxtlar ölkə mətbuatında gündəmə gəlib.(teleqraf.com)