28 Mart 2024
İlham Əliyevin erməni idmançıya 8 il əvvəlki jesti yenidən GÜNDƏM OLDU - VİDEO

İlham Əliyevin erməni idmançıya 8 il əvvəlki jesti yenidən GÜNDƏM OLDU - VİDEO

27 Mart 2023
Baxış: 239

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan – Türkiyə (1:2) oyununda qardaş ölkə himninin İrəvanda fitə basılması müzakirələrə səbəb olub.

Bütün idman yarışlarında dövlət himnləri səslənərkən hörmət əlaməti olaraq hər kəs ayağa qalxır və ehtiram göstərir.

AJMEDİA.İNFO xəbər verir ki, ermənilər isə əksini ediblər. Onların bu hərəkəti təkcə Azərbaycan və Türkiyədə deyil, bütün idman ictimaiyyəti tərəfindən tənqidlə qarşılanıb.

Bu məqamda sosial şəbəkələrdə 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında baş vermiş hadisə yenidən gündəm olub. Belə ki, boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxıb.

Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu.

Qeyd edək ki, İrəvanda baş tutan görüşdə ermənilər Türkiyə himnini fitə bassa da, Türkiyədə baş tutacaq oyunda yerli azarkeşlər Ermənistan himninə ehtiram göstərəcəklərini bildiriblər.