07 May 2024
İlham Əliyevdən yeni TƏYİNAT - FOTO

İlham Əliyevdən yeni TƏYİNAT - FOTO

01 Fevral 2023
Baxış: 330

Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Bu barədə AJMEDİA.İNFO-ya ANAMA-dan məlumat verilib.

Bildirilib ki, bu gün Bəhruz Məmmədov kollektivə təqdim olunub.

B.Məmmədovu kollektivə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.

Qeyd edək ki, B.Məmmədov müvafiq təyinatadək Azərbaycan Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.