Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ
2 saat əvvəlİlham Əliyevdən Xankəndi ilə bağlı FƏRMAN
07 İyul 2021
Baxış: 677
Xankəndi şəhəri yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərmanında bildirilib.
Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.
Qeyd edək ki, bundan əvvəl Xankəndi şəhəri Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Azərbaycan Prezidentinin bugünkü fərmanı ilə həmin iqtisadi rayon ləğv olunub.