17 May 2024
İlham Əliyevdən erməni əhalisinə MÖHTƏŞƏM DƏVƏT

İlham Əliyevdən erməni əhalisinə MÖHTƏŞƏM DƏVƏT

21 Sentyabr 2023
Baxış: 595

Azərbaycan azad cəmiyyətdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində səsləndirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir.

“Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə biz Qarabağda yaşayan erməni əhalisini bax buna dəvət edirik”, - İ.Əliyev qeyd edib.