07 May 2024
İlham Əliyev FƏRMAN İMZALADI

İlham Əliyev FƏRMAN İMZALADI

01 May 2023
Baxış: 378

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi təsdiq edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi:

3.1. strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.